Niderland qəzeti Xocalı soyqırımından yazdı






Niderlandın nüfuzlu "krant.franekercourant.nl" saytında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub.

AzFakt.info xəbər verir ki, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli və təşkilatın sədr müavini Ələkbər Həşimovun fikirləri əsasında hazırlanmış məqalədə Xocalı soyqırımı haqqında geniş məlumat verilib.

Məqalə müəllifi Xocalıda törədilənləri soyqırım və qara səhifə adlandırıb. Həmçinin vurğulanıb ki, Azərbaycan xalqı 29 il bundan öncə 26 fevral 1992-ci ildə törədilən soyqırımı hər il yad edir, anım mərasimləri təşkil edir.

Məqalədə Elxan Mirhəşimlinin fikirlərinə də yer verilib və qeyd olunub ki, Niderlandda yaşayan Azərbaycan icması Xocalı soyqırımının bu ölkədə tanınmasını istəyir:

“Azərbaycan müharibə istəmir. Biz sülh tərəfdarıyıq, erməni xalqı ilə problemimiz yoxdur. Ermənilərin separatizmə son qoymasını və Xocalıda soyqırım törədənlərin isə məhkəmə qarşısında cəzalandırılmasını tələb edirik ki, gələcəkdə bu cür soyqırımlar baş verməsin”.

Yazıda həmçinin vuğrulanır: “Elxan Mirhəşimli işğaldan azad edilən Qubadlını, anadan olduğu və böyüyüb boya başa çatdığı öz ata ocağını görmək istəyir. Amma onun evini ermənilər yandırıb, ərazi isə minalanıb, buna görə də evinə gedə bilmir”.

Yazıda həmçinin Azərbaycan mədəniyyəti, Novruz bayramı, milli mətbəximiz, Azərbaycanın turizm potensialı haqda məlumatlar verilib, Azərbaycan dağlarının Alp dağlarına bənzədiyi qeyd edilib.

Niderland Azərbaycan Evinin iki ölkə arasında mədəni əlaqələrin qurulması, dostluq və əməkdaşlıq planlarının olduğu da vurğulanıb.


Facebook-da paylaş