Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri Qusarda dəfn edilib - FOTO


Yanvarın 21-də minaya düşərək şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qusar rayonunda dəfn olunub.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, əsgər Cavadov Rəşad Fərzəli oğlunun nəşi Qusar rayonuna aparılıb. Şəhid doğulduğu Hil kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Allah rəhmət eləsin!














Facebook-da paylaş