Rusiya olmasaydı, ağlamalı vəziyyətdə idik – Erməni kəşfiyyatı






Ermənistan Qarabağdakı müharibə zamanı Rusiyadan külli miqdarda yardım alıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Mikayıl Ambartsumyan deyib.

“Bizim yalnız qaldığımıza dair təsdiqləmələr yanlışdır. Bizim qonşular İran və Gürcüstan, xüsusilə də Rusiya xalqımızı çox yüksək dəyərləndirirlər. Bu, Paşinyan və keçmiş prezidentlərlə bağlı deyil.

Əgər Rusiyanın köməyi olmasaydı, bizim üçün nəticə ağlamalı olardı”, – deyə o bildirib.


Facebook-da paylaş