Dilqəm Əsgərov və Şahbaz Quliyev Yeni İlədək azad olunacaq



2014-cü ildən erməni girovluğunda saxlanılan mülki vətəndaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Yeni İli öz evlərində, ailələri ilə birlikdə keçirəcəklər.

Koordinat.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Əhməd Şahidov sosial şəbəkədəki statusunda məlumat yazıb. O, qeyd edib ki, 3 ay əvvələ qədər əsir və girovların dəyişdirilməsi məsələsində Azərbaycanın təklif etdiyi "Hamının hamıya" prinsipini qəbul etməyən ermənistan indi razı olduğunu bəyan edib.

"Dilqəm və Şahbaz, qəzanız mübarək olsun!" - deyə, hüquq müdafiəçisi qeyd edib


Facebook-da paylaş