“Qərbi Azərbaycan qaçqınları da Qarabağda məskunlaşdırılsın” - Tanınmış vəkildən təklif



“Qərbi Azərbaycandan didərgin düşmüş 250 min nəfər həmyerlilərimiz könüllü şəkildə mütləq Qarabağda məskunlaşmalıdır”. 

Bu təkliflə  tanınmış vəkil Ceyhun Yusifov çıxış edib.

O, özünün “facebook” səhifəsindən paylaşdığı  yazıda  bildirib ki, tarixdən dərs götürməsək, 10 il sonra “murdarların” yeni iddiaları ilə rastlaşacağıq: “O zamankı hakimiyyət 1988-1990-cı illərdə biz Qərbi Azərbaycan qaçqınlarını Qarabağda məskunlaşdırsaydı, nə 1 milyon məcburi köçkünümüz olardı, nə də 20% torpağımız işgal edilərdi. Yenə də gec deyil.  “Qaçqınkom” gecikmədən məcburi köçkünlərlə bərabər Qərbi Azərbaycandan olan  qaçqınların da Qarabağ ərazisində məskunlaşmasını həyata keçirməlidi. Bu, hüquqi baxımdan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının normativlərinə tam uygundur”


Facebook-da paylaş