Türkiyə parlamenti təsdiqlədi: Azərbaycana əsgər göndərilir






Türkiyə Böyük Millət Məclisi Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

AzFakt.info xəbər verir ki, bu barədə qərar bu gün keçirilən iclasda qəbul edilib.

Qanun layihəsinə əsasən, türk hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.


Facebook-da paylaş