Əsra Məmmədli: “Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm”



“Azərbaycan ordusu bizim bayrağımızı artıq Şuşada dalğalandırır. Şuşa məscidində artıq azan səslənir, namaz qılınır”. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu əslən Şuşadan olan Əsra Məmmədli Milli Məclisin bu gün keçirilən iclasında deyib. 

O bildirib ki, ailəsi artıq Şuşaya qayıdır:

“Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Çünki Qarabağ Azərbaycandır!”

Spiker Ə.Məmmədliyə bildirib ki, onun bu çıxışı bütün Şuşa sakinlərinin fikirlərini ifadə edir.


Facebook-da paylaş