“Bir daha Naxçıvan tərəfə boylanmayın!” – Sabiq səfirdən işğalçı ölkəyə xəbərdarlıq!

Hulusi Kılıç: “Ermənistanın etdiyi ağılsızlıqdır”




“İşğalçı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket atmasını şiddətlə qınayıram”.
 
Bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaqycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib. Keçmiş səfir Ermənistanın məlum addımını əsl ağılsızlıq kimi dəyərləndirib:
 
“Ermənistan ağlını başına yığsın. Ermənilərə xatırlatmaq istərdim ki,  Ankara hökuməti ilə bolşeviklər 1921-ci il Qars müqaviləsini müzakirə edərkən Naxçıvan məsələsi yenidən gündəmə gəlmişdi. Nəticə də Türkiyənin İğdırı ilhaq etməsi və Naxçıvan üzərində Azərbaycanın suverenlyi məsələsində inadkarlığı Azərbaycanla Türkiyə arasında dəhliz açılmasına imkan yaratdı. Və Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi. Bolşeviklər Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışırdılar. Nəticədə Moskva və Qars müqavilələrinə görə bu region Sovet Ermənistanına birləşdirilməmiş, əvəzində Sovet Azərbaycanın protektoratı altında muxtar ərazi yaradılmışdı. Beləliklə,16 mart 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım olmuşdu. Türkiyə Rusiya ilə birlikdə qarantör ölkədir. Ona görə də Ermənistan ağlını başına yığsa, çox yaxşı olar. Bu, provokasiyadan tezliklə əl çəkməsi lazımdır.
 
Ermənistan ilk gündən bölgəsəl müharibə istəyir. Bunu Xocalı qətliamını xatırladan Gəncə hadisələrindən də görmək olar. Gəncəyə raket atmalarının səbəblərindəndə biri budur. Düşünürəm ki, Ermənistanın bütün bu etdikləri ağılsızlığın əlamədidir. Onlara məsləhət görürəm ki, bir daha Naxçıvan tərəfə belə boylanmasınlar...”


Facebook-da paylaş