“Həmin erməni kəndinin camaatı bizə divan tuturdu” - Qaradağlı kənd sakini



“27 yaşında Qaradağlı kəndindən çıxmışam. Kəndimizin alınması xəbərini eşidib çox sevindim. Sevincimizin həddi-hüdudu yoxdur”

Bu sözləri Moderator.az-a açıqlamasında bu gün torpağı işğaldan azad edilən Fizuli rayon Qaradağlı kənd sakini Vəli Bayramov deyib.

“Bütün qohumlarımızın məzarı ordadır. Bizim kəndin üstündə Məlikən adlı bir erməni kəndi var idi. Əsas odur ki, o kəndi yerlə-yeksan etdilər. O kəndin camaatı bizə divan tuturdu. 1988-ci ildən orda döyüşüb, əziyyət çəkmişəm. Bizim kəndimiz Hadrutun ətrafındadır. İnanmıram ki, evimiz salamat qalsın. 3 il bir evdə yaşamırsansa, o ev uçub-dağılır, o ki, qalsın 28 il yaşamayasan. Ancaq əsas torpağımızdır, torpaq alınandan sonra ev tikmək çətin deyil. Cənab prezidentə bu sevinci bizə yaşatdığına görə təşəkkür edirəm” - deyə Vəli Bayramov bildirib.


Facebook-da paylaş