BNA rəsmisinin linç edilən açıqlamasına BNA-dan reaksiya






Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin taksilərin qiymətinin çox ucuz olması, taksinin gündəlik nəqliyyata çevrilməsinin doğru olmadığı və bu xidmətin bahalaşmasını əsaslandırmaq üçün hamı üçün əlçatan olmasını düzgün saymaması sosial şəbəkələrdə sərt tənqid edilir. Hətta bundan sonra tənqidlərə dözməyən BNA rəsmisi Feysbuk hesabını bağlamaq məcburiyyətində qalıb.

Hikmət Babayevin açıqlamasına münasibət bildirən BNA-nın mətbuat katibi Mais Ağayev Axar.az-a bildirib ki, bununla bağlı qurum ictimaiyyətə geniş açıqlama hazırlayır.

Qeyd edək ki, Hikmət Babayev taksi qiymətləri ilə bağlı açıqlamasında “taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil. Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olan bir şeydir: yəni taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur”, - deyə bildirib.
Metronun bağlandığı, ictimai nəqliyyatdan istifadənin çoxaldığı və koronavirus pandemiyası zamanı sosial məsafənin avtobuslarda gözlənilməsinin mümkün olmadığı bir şəraitdə BNA rəsmisinin taksilərə də hər kəsin əlinin çatmamasının lazım gəldiyini deməsi haqlı etirazlar doğurur.


Facebook-da paylaş