Rəqqasə Renka koronavirusa yoluxmasından danışdı: “Təki evdə ac, işsiz-gücsuz oturardım”



Koronavirusa yoluxan tanınmış şou nümayəndələrinin biri də rəqqasə Rəna Ağamuradova (Renka) olub. 

Rəqqasə müalicə aldığı xəstəxanadan çəkdirdiyi fotoları paylaşıb, onu sağaldan həkimlərə təşəkkür edib. 

“COVID-19, mən də inanmırdım sənə. Amma başıma nələr gəldi? İnsanlar, inanın, qorunun! Deyirəm ki, təki evdə ac, işsiz, gücsuz oturardım. Kaş ki, bunu yaşamazdım. Mən heç kimə çəkdiklərimi arzulamıram. Çox şeylər eşitdim, oxudum. “Yalandan edir, reklamdır, əcəb olub” deyənlər oldu.

Görəsən, o sözləri deyənlər insandırlar? Sizə insan da deyə bilmirəm. Qorunun, bir xahişim budur. Özünüzü pis hiss edən kimi xəstəxanaya, həkimə gedin! Çox sağ olsunlar həkimlərimiz, tibb bacılarımız. Mən görürdüm, çox əziyyət çəkirdilər. Səkkiz saat o paltarda iki maska üst-üstə taxırdılar, evlərinə dörd aydı getmirdilər, ac, susuz, yeməksiz orada qalırlar. Əziyyətinizi halal edin! Avqustun 5-dən evdəyəm. Bir daha bütün həkimlərə dərin təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, Renkanın atası koronavirusdan dünyasını dəyişib.


Facebook-da paylaş