Sentyabrın 1-dən liseylərdə dərs başlayır






Azərbaycanda özəl liseylər sentyabrın 1-dən virtual dərslərə start verir.

AzFakt.info Hit.az-a istinadən xəbər verir ki, özəl lisey şagirdlərinə tapşırıq verilib. Müəllimlər tərəfindən bildirilib ki, gələn ayın 1-nə hazır olsunlar, onlayn dərslər başlanacaq.

Martdan bağlanan məktəblər iyunun 15-dək virtual şəkildə tədrisi davam etdirmişdi.

Qeyd edək ki, Operativ Qərargah yeni tədris ilinin sentyabrın 15-də açılıb-açılmamasını, pandemiya şəraitində dərslərin keçirilməsi qaydalarını müzakirə edir.


Facebook-da paylaş