Magistrların ixtisas seçimi bu tarixdə olacaq - Açıqlama





Magistraturaya qəbul olan şəxslərin ali təhsil müəssisələrinə qeydiyyatı ilə bağlı dəqiq tarix müəyyən edildikdən sonra elan olunacaq.

AzFakt.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova deyib.
O bildirib ki, magistrların ixtisas seçimi iyulda keçiriləcək.

"Biz ali təhsil müəssisələri ilə danışıqlar aparırıq. Bu yaxınlarda dəqiq tarix elan ediləcək", - N.Bayramova qeyd edib.


Facebook-da paylaş