Daşkəsənin başçısı lüks avtomobilindən imtina etdi



Azərbaycanda antikorrupsiya kampaniyası başlayandan, icra hakimiyyəti başçılarının və Mədəniyyət Nazirliyinin rəhbər vəzifəli şəxslərinin həbslərindən sonra ölkə rəsmiləri lüks və oliqarxik həyat tərzinə bağlılıqdan imtina etməyə başlayıblar.

Virtualaz.org bildirir ki, bir gün əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, keçmiş deputat Əhəd Abıyev bahalı maşından imtina edib. Bu barədə xəbər sosial şəbəkələrdə və yerli mediada yayılıb.
Məlumata görə, başçı Naxçıvan Muxtar Respublikasında istehsal olunan “NAZ Lifan” avtomobildə gəzməyə üstünlük verib.
Yerli sakinlərin dediyinə görə, buna qədər Əhəd Abıyev qiyməti təxminən 190 min ABŞ dolları olan “Lexus LX 570” markalı bahalı avtomobildən istifadə edib.





Facebook-da paylaş