Oqtay Gülalıyevin oğlu: Müsbət dinamika davam edir





Atamın səhhətində müsbət dinamika davam edir.

AzFakt.info xəbər verir ki, bu barədə Oqtay Gülalıyevın oğlu Təbriz Gülalıyev Feysbuk səhifəsində yazıb.

“Sonuncu əməliyyatdan sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəliləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhəti pisləşmir. Az da olsa yardımçı vasitə ilə öz ayaqları üzərində dura bilir”, - deyə T. Gülalıyev vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il 29 oktyabr tarixində piyada keçidindən yolu keçərkən taksi xidməti göstərən avtomobil tərəfindən vurulub. Hazırda İstanbulun “Amerikan” xəstəxanasında müalicə alır.
Onun müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.


Facebook-da paylaş