Azərbaycanda yeni jurnalist təşkilatı yaradıldı



Azərbaycanda yeni jurnalist təşkilatı yaradılıb.
 
Bu barədə Modern.az saytına təşkilatın yaradıcılarından olan “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva məlumat verib.
 
Verilən məlumata görə, əsas üzvləri gənclərdən ibarət olan təşkilatda ölkənin tanınmış jurnalistlərindən Elmin Nuri, İmdad Əlizadə, Sevinc Qarayeva, Təranə Məhərrəmli, Namidə Bingöl, Firayə Allahverdiyeva, Hicran Əlizadə, Ayyət Əhməd, Fərəh Sabirqızı, Xəyalə Murad, Turan Osmanlı, İlhamə İsabalayeva, Əfqan Qafarlı, Elşad Eyvazlı və başqa jurnalistlər cəmləşib.
 
Təhsil Jurnalistləri  İctimai  Birliyi adlanan qurumun  ümumilikdə 30 üzvü var.
 
Təşkilatın məqsədi təhsil sahəsindən yazan jurnalistlərin biri-biri ilə sıx əlaqəsini yaratmaq, bu istiqamətdə ixtisaslaşmaya nail olmaq, ölkənin strateji işi sayılan təhsillə bağlı cəmiyyətə doğru məlumatlar çatdırmaq, təhsilin inkişafına dəstək olmaqdır.


Facebook-da paylaş