İsgəndər Həmidov başqa xəstəxanaya köçürülür

İsgəndər Həmidov başqa xəstəxanaya köçürülür – KOMADADI


Milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti kritik olaraq qalır.

Hazırda komada olan İ.Həmidovun Mərkəzi Klinik Xəstəxanadan başqa xəstəxanaya köçürülməsi üçün danışıqlar aparılır.

AzFakt.info bildirir ki, bu barədə lent.az-a professor Adil Qeybulla məlumat verib.

A.Qeybulla köçürülmənin səbəbinin maliyyə məsələləri ilə bağlı olduğunu, xəstəxananın xərclərinin ödənilməsində çətinlik çəkildiyini bildirib.

Qeyd edək ki, tanınmış jurnalist Əvəz Zeynallı da İ.Həmidovla bağlı sosial şəbəkədə status paylaşıb: “Hazırda Mərkəzi Klinik Xəstəxanadyıq. İ.Həmidov «City Hospital»a köçürülür. Onun vəziyyəti ağır olaraq qalır. Həkimlərlə görüşdüm, ətraflı məlumat aldım. Yanına - reanimasiyaya girdim, süni nəfəs aparatına qoşulub. Komadadır. Yalnız nəfəs ala bilir. İsgəndər Həmidovun vəziyyəti dostlarını üzəcək haldadır. Oğlu Məcidlə söhbətləşdik. Bu dəqiqələrdə İsgəndər bəyi Mərkəzi Klinik Xəstəxanadan çıxarıb "City" hospitala aparırlar. Artıq "City" hospitalın ambulansı gəlib. Dualarımız İsgəndər Həmidovla olsun”.


Facebook-da paylaş