Alman mütəxəssislər koronavirusun adi qripdən əsas fərqlərini açıqladı...

"Koronavirusda burundan selik axma və tez-tez asqırma halları olmur..."



Koronavirus və adi qrip arasında çox oxşarlıq olsa da, simptomları bir az fərqlidir. 

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, Almaniya mütəxəssisləri adi  qrip virusunun çinli “qardaş”ından necə fərqləndiyini izah edib. 

Tibb alimlərinin fikrincə, hər iki xəstəlikdə  hərarət, titrətmə, nəfəs darlığı, quru öskürək və yorğunluq hiss olunur. Əsas fərq isə ondan ibarətdir ki, koronavirusda zökəm, yəni burnun daxili qişasının iltihabı nəticəsində burundan selik axma və tez-tez asqırma  halları olmur. Çünki xəstəlik əsasən aşağı tənəffüs yollarına təsir göstərir. 

Həkimlər, həmçinin, koronavirusdan fərqli olaraq qrip viruslarının olduqca canlı olduğunu və hətta az sayının da xəstəliyi inkişaf etdirə biləcəyini bildirib. Halbuki,  “2019-nCoV” virusu çox da yoluxucu hesab edilmir.


Facebook-da paylaş