Təhsil Nazirliyinin nümayəndələri avtomobillə vurulan şagirdlərə baş çəkdi - FOTOLAR



Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərəkən minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

AzFakt.info xəbər verir ki, Təhsil Nazirliyinin nümayəndələri hazırda xəstəxanada müalicəsini davam etdirən şagirdlərə baş çəkiblər. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün "Facebook" səhifəsində məlumat yayıb. O, qeyd edib ki, hazırda hər iki şagird müalicələrini Bakı City Hospitalda davam etdirirlər.

"Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik" - deyə, Cəsarət Valehov əlavə edib.




Facebook-da paylaş