Xocavəndin işğalından 27 il keçir



Bu gün Xocavənd rayonunun işğalından 27 il ötür.

 1992-ci il oktyabrın 2-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocavənd rayonunu işğal edib.

Xocavəndlilər 13 qadın, 13 uşaq olmaqla, 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.(Qafqazinfo)



Facebook-da paylaş