"İçərişəhər"də evlərin fasad və eyvanları təmir olunacaq





İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda evlərin fasad və eyvanları təmir olunacaq.

Trend-in məlumatına görə, bu barədə "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal Təmir xidməti tender elan edib.
Bununla yanaşı, idarənin mənzil fondunun əsaslı təmiri işlərinin aparılması ilə bağlı da tender elan olunub.
Xatırladaq ki, hazırda "İçərişəhər" qoruğunda Bakı Xanları Evi, onun ərazisində olan Xan Bağı və XVII əsrə aid edilən hamamın bərpa işləri aparılır.


Facebook-da paylaş