Avropa Liqası: “Qarabağ”dan tarixi qələbə –Komandamız qruplara qatılacaq




Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə (ilk oyunda “Qarabağ” səfərdə 3-2 hesabı ilə uduzub) “Qarabağ” bu gün Şimali İrlandiyanın “Linfild” komandası ilə Bakıda qarşılaşıb.

AzFakt.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunun 6-cı dəqiqəsində “Qarabağ”ın oyunçusu Romero hesabı açıb: 1 – 0
87-ci dəqiqədə “Qarabağ” daha bir qola imza atıb – 2-0.
Bununla da komandamız iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə – qruplara vəsiqə qazanıb.
Sabah Avroliqanın qrup mərhələsinin püşkü atılacaq.


Facebook-da paylaş