Ölkə ərazisində qərb küləyi güclənib, Göygölə dolu düşüb



Saat 21.00-a olan məlumata görə, qərb küləyi Naftalanda saniyədə 30-34 m, Tərtərdə saniyədə 25-30 metr, Şəmkirdə saniyədə 22 metr, Bərdədə saniyədə 25 metr, Yevlaxda saniyədə 17-20 metr, Mingəçevirdə 17 metr, Sumqayıtda 18 metr, Bakıda saniyədə 22 metrədək güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirildiyinə görə, saat 20:05 radələrində Göygöl və ətraf kəndlərə dolu düşüb.



Facebook-da paylaş