Gənclər üçün dövlət qulluğu üzrə növbəti regional təlim Qazax rayonunda keçirildi




Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti fəaliyyətə başladı.

Layihənin tədbirlər proqramına uyğun gənclərin dövlət qulluğu üzrə növbəti regional təlim – informasiya sessiyası Qazax rayonunda keçirildi.
Qazax Gənclər Evində başlayan 3 günlük tədbirin rəsmi açılışında GİKM Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak edirdi.
Qonaqları salamlayan və təlimə uğurlar arzulayan İ. Süleymanov və V.Nəbiyev bu tədbirin rayon gənclərinin maariflənməsi və dövlət qulluğuna maraq və stimullarının yaranması baxımından müsbət əhəmiyyətini qeyd etdi və layihənin region gənclərinin sosial inkişafına və maariflənməsinə xidmət edəcəyini və davamlı olacağını bildirdilər.

ADTGT sədri, layihə rəhbəri A. Əsgərli layihə və tədbirlərin qısa təqdimatını edərək, on-line ərizə qəbulu aparıldığını və buna uygun təlimlərə başlanıldığını, 3 gün davam edəcək info sessiyanın sonunda ən yaxşıların seçilərək, Bakıda keçiriləcək “təlimçilər üçün təlim” (TOT) kursuna dəvət olunacaqlarını vurğuladı. Layihə eksperti G. Bağırova dövlət qulluğunun əhəmiyətini qeyd edərək, gənclərin bu sahəyə maraq göstərmələrinin müsbət tərəflərini açıqladı və eləcədə çap olunan materiallar haqda məlumat verdi.

Sonra təlimçi D. Əhmədli tərəfindən interaktiv metodlarla təlim başlanıldı, iştirakçılar arasında məlumatlılıq səviyyəsinin yoxlanılması üçün pre-test aparıldı. Region gənclərinə dövlət qulluğu proqramına uyğun geniş və əhatəli bilik və informasiyalar çatdırıldı.
3 gün davam edəcək təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparılacaq və TOT üçün ən yaxşılar seçiləcəkdir.

Regional təlimlər qrafikə uyğun son olaraq Şəmkir rayonunda keçiriləcəkdir.


Facebook-da paylaş