Ermənipərəst rus diplomatının Göyçə gölü səfası

Mariya Zaxarova erməni sevgisini bu kəs monastrlardan fotolar paylaşmaqla nümayiş etdirdi



Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Rusiya XİN-nin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Göyçə gölünə səfər edib, habelə səfər əsnasında “Sevan” və “Hağartsın” monastrlarını gəzərək bu monastrlardan fotolar paylaşıb.


M.Zaxarovanın bu səfərini rus diplomatın Ermənistana olan məxsusi sevgisi kimi dəyərləndirən düşmən mətbuatı, həmin səfərə  xüsusi diqqət yetirib. Məlumat üçün qeyd edək ki, M.Zaxarova səfər əsnasında çəkdiyi fotoları sosial şəbəkədəki səhifəsində də paylaşıb.


Qeyd edək ki, Qərbi Azərbaycan torpaqlarında yerləşən Göyçə gölü rus turistlərin ən çox səfər etdiyi bölgələrdən biridir.  




Facebook-da paylaş