Bakıdan dünyaya çağırış: BMT təcili iclas keçirsin





UNSEKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Mali Respublikasında törədilən terror hücumları barədə müzakirə aparılıb.

AzFakt.info xəbər verir ki, Mali Respublikasının Mədəniyyət naziri Ndaye Ramatoulaye Diallo dünən terrorçuların ölkədə hücumları daha da genişləndirdiklərini deyib.

O, hücumlar zamanı mədəni abidələrin də hədəfə alındığını bildirib:

“Mən Mali hökuməti adından BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə və bu hadisələrə qiymət verməyə çağırıram. Mən həmçinin, BMT-ni özünün sülhməramlı qüvvələrinin Malidəki mandatını daha da genişləndirməyə səsləyirəm. Biz sizə çağırış edirik ki, yerli əhali ilə yanaşı bizim tarixi irsimiz olan Bacanqara qayalıqlarını terror hücumlardan qoruyasız. Biz xüsusilə Afrika ölkələrini Prezident İbrahim Boubacar Keytanın rəhbərliyi altında Maliyə dəstək verməyə çağırıram. Bizə dəstək olun. Malidə baş verənlər Dünya İrs Komitəsinə dərs olmalıdır”.

Mali naziri həmçinin, Timbuktu məqbərəsinin dağıdılmasının qarşısının alınmasında da Dünya İrs Komitəsindən dəstək istəyib:

“Afrikanın mədəni irsi olan bu abidə bilərəkdən dağıdılır. Bu bizim mədəni irsimizdir. Mən Mali prezidenti adından bizə dəstək olmağ çağırıram. Bəşəriyyətin ayrılmaz hissəsi olan bu sərvətimiz qorunmalıdır. Biz Afrikada hər zaman mədəni irsin qorunmasının ön cəbhəsində gedirik. Bizim üzləşdiyimiz bu çətinliyin aradan qaldırılmasında mədəni dünyanı həmrəyliyə səsləyirik”.


Facebook-da paylaş