“Xalq şairinin ibtidai siniflərlə bağlı səsləndirdiyi təklifi təqdirəlayiqdir...”



Xalq şairi Sabir Rüstəmxanlı dilimizin qorunması məqsədilə bildirib ki, xarici dil şagirdlərə birinci sinifdən deyil, ibtidai sinifdən sonra tədris olunmalıdır. S.Rüstəmxanlı ibtidai təhsilin Azərbaycan dilində tədris olmasının vacibliyini vurğulayıb.

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov Moderator.az-a açıqlamasında S.Rüstəmxanlının haqlı olduğunu deyib:

“Sabir Rüstəmxanlının fikirləri ilə razıram, düz deyir. Bizim konstitutsiyamız var və burda da göstərilir ki, dövət dilimiz Azərbaycan dilidir. Sovet dövrü təhsil sistemində ibtidai sinifdə şagirdlərə ancaq oxuyub-yazmağı öyrədirdilər. Bizdə isə indi ibtidai sinifdə informatika, ingilis və rus dilləri tədris olunur. Belə şey olmaz. Əslində bunlar beşinci sinifdən sonra tədris olunmalıdır. Sovet dövründə uşaqlar birinci sinifə yeddi, indi isə altı yaşdan gedirlər. Bunlar uşaqdı, onları xarici dillə, informatika ilə yükləmək düzgün deyil. Uşaq həyat, təbiət nədir onu dərk etməli və hələ ümumi məsələləri öyrənməlidir”. 



Facebook-da paylaş