Alman azarkeş Azərbaycandan ağızdolusu danışdı





Azərbaycanda insanlar çox qonaqpərvər və mehribandır.

Axar.az xəbər verir ki, bu fikri Azərtac-a müsahibəsində almaniyalı futbol azarkeşi Martin Pfnul deyib.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən almaniyalı turist Bakının gözəlliyinə, təmizliyinə heyran olduğunu bildirib.

“Almaniyadan Bakıya möhtəşəm ingilis derbisini izləməyə gəlməyimə peşman deyiləm. Bakıda özümü çox rahat, təhlükəsiz hiss edirəm. İnanıram ki, “Arsenal” və “Çelsi” finalda möhtəşəm oyun nümayiş etdirəcəklər”, - deyə o əlavə edib.


Facebook-da paylaş