BLMM “Gənc nəsldə elm və təhsilə marağın təşviq edilməsi və mənəvi dəyərlərin təbliği” layihənin icrasına start verib





Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyi məcburi köçkün məktəblərində elm və təhsilə marağın təşviq edilməsi ilə bağlı tədbirlər keçirəcək.

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəsldə elm və təhsilə marağın təşviq edilməsi və mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində keçiriləcək tədbirlər Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ümumtəhsil məktəblərini əhətə edəcəkdir.

BLMM-dən verilən məlumata görə, 3 aylıq müddəti əhatə edən layihənin icrasına artıq start verilib və lazımı hazırlıq işləri görülüb. Layihə çərçivəsində keçiriləcək tədbirlərdə tanınmış təhsil və elm xadimlərinin məktəblilərlə görüşləri təşkil ediləcəkdir.  


Facebook-da paylaş