“2019-cu ildə Qarabağda yeni qarşıdurma riskləri çoxdur” - Separatçı rejim təşviş içindədir...

Rəsmi Bakı bu fürsəti dəyərləndirməlidir...



Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim  paralel olaraq Moskva və  Paşinyan hakimiyyətinin təzyiqləri altında başını itirib. Qondarma rejim rəhbərliyi növbəti ildə Azərbaycanın torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlamasından ehtiyat edir.  
Moderator.az-ın verdiyi son xəbərdən belə nəticəyə gəlmək olur.  Separatçı qurumun  oyuncaq  başçısının “məsləhətçisi” kimi ortalığa atılan Tiqran Abramyan ad-soyadlı məxluq  işğalçı ölkə jurnalistinin 2019-cu ildə yeni toqquşma ehtimalı olub-olmamasıyla bağlı sualına cavab verərkən müharibə qorxusunu etiraf edib. 


“Yaxın günlərdə yeni bir toqquşmanın olacağını təxmin etmək bir az çətindir, lakin orta və uzun müddətli perspektivlərdə bir çox risklər var. Dağlıq Qarabağ məsələsində qarşıdan gələn görüşdən çox şey asılıdır. Səhv etmirəmsə, 2019-cu ilin yanvarında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bir müddət sonra isə məntiqlə dövlət başçıları səviyyəsində görüş keçirilməlidir. Hesab edirəm ki, yanvarın sonunadək, fevralın əvvəlində Qarabağ məsələsində  mənzərə müəyyən dərəcədə ayd;n olacaq” - deyə, separatçı məmur bildirib.




Facebook-da paylaş