“Bizi Rusiyanın Qarabağı Azərbaycana verəcəyi ilə qorxutmasınlar...”

Bu fikri İrəvanda Rusiya ordusunun Ermənistandan çıxarılmasını tələb edən ermənilər səsləndirdilər...

 
Dekabrın 25-də İrəvanda -Rusiya səfirliyi qarşısında keçirilmiş  etiraz aksiyasında Rusiya bazasının Gümrüdən çıxarılması və  dekbrın 3-də rus hərbçi tərəfindən  öldürülmüş Ermənistan vətəndaşı Cülyetta Qukasyanın qətlinin istintaqınıın şəffaf aparılması tələb olunub. 
 
Moderator.az bu haqda müxalif meyilli Rusiya nəşrlərindən birinə  istinadla xəbər verir. Əsasən Avropa partiyasının üzvlərindən ibarət olan 20-yə yaxın etirazçı eyni zamanda Rusiya ilə münasibətlərə yenidən baxılmasını da tələb ediblər. Onlar  2015-ci ildə rusiyalı hərbçi Valeri Permyakov tərəfindən Gümrüdə Avetisyan ailəsinin qətli və digər faktları da xatırladaraq 102-ci Rusiya bazasının yalnız Ermənistan vətəndaşları üçün deyil, həm də erməni dövləti üçün təhlükə və terror mənbəyi olduğunu bildirib. Aksiyaçılar səfirə etiraz bəyanatını Rusiya səfirliyinin poçt qutusuna atıblar.
 
Avropa partiyasının rəhbəri, kinorejissor Tiqran Xzmalyan bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı və KTMT kimi qurumlardan çıxmalıdır.
“Bizi Ermənistanın Avrasiya İttifaqından çıxacağı təqdirdə Rusiyanın Qarabağı Azərbaycana verəcəyi ilə qorxutmasınlar. Biz çoxdan göstərmişik ki, müstəqilik və Qarabağ məsələsini erməni ordusu həll edib. Və əgər bu hədələrin əsası varsa,  o halda bizi satan Rusiya nəyimizə lazımdır”-deyə erməni partiya rəhbəri vurğulayıb.
Etiraz aksiyası bitdikdən sonra Ermənistan Kommunist Partiyasının  təxminən eyni sayda tərəfdarı eyni məkanda “Əbədi olaraq Rusiya ilə!” kimi şüarlar altında rus ordusuna dəstək mitinqi keçiriblər. Rusiya əleyhdarlarından fərqli olaraq polis komunistlərə səfirliyin binasına daxil olaraq öz bəyanatlarını səfirə təqdim etməyə icazə verib.
 
Rusiya nəşrinin araşdırmasına görə, yalnız 1999-2015-ci illər ərzində Rusiya hərbçilərinin törətdiyi insidentlər nəticəsində Ermənistanın 11 vətəndaşı ölüb.




Facebook-da paylaş