"Qarabağ" bu gün oynayır

 

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

AzFakt.info xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olacaq. Bakıda bu rəqibə 0:1 hesabı ilə uduzan "Qarabağ" Poltavada məğlubiyyətin əvəzini çıxmağa və qrupda ilk qələbəsini qazanmağa çalışacaq.

Qrupun digər oyununda “Arsenal” “Sportinq”i qəbul edəcək.

Xatırladaq ki, qrupda keçirdiyi üç oyunda qol vura bilməyən “Qarabağ” səfərdə “Sportinq”ə (0:2), Bakıda isə “Arsenal” (0:4) və “Vorskla”ya (0:1) məğlub olub.

Avropa Liqası
Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan)

Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion

00:00."Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)


Facebook-da paylaş