Dənizdə batan 14 nəfər xilas olunub



Dünən gün ərzində dənizdə batan 14 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindın verilən məılumata görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Buzovna, Qobustan, Mərdəkan, Bilgəh və Pirşağı sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 14 nəfər xilas olunub.


Facebook-da paylaş