Bütün problemlərin həlli evlənməkdədir - Ailəli xanımların ürək-damar sistemləri, psixi problemləri..."



Ailə qurmaq xanımlar üçün xeyirlidir.

AzFakt.info xəbər verir ki, tibb alimləri müəyyənləşdiriblər ki, ailə qurmaq qadınların sağlamlığına və psixi durumuna müsbət təsir göstərir. 

Almaniyanın Ştutqart universitetinin alimi Hans Hendriksonun araşdırmalarına görə, ailəli xanımlar həkimlərə ürək-damar sistemindəki, psixi problemlərlə əlaqədar daha az müraciət edir. Həmçinin onların fəallığı daha yüksəkdir və yaxşı formada qalırlar. Bununla da qadınların ailə qurduqdan sonra darıxması, özlərinə diqqət yetirməməsi ilə bağlı iddialar tamamilə yalanlanıb.

35 min cütlük arasında təcrübə aparılıb. Nəticələr göstərib ki, ailə qurmazdan əvvəl sərbəst həyat tərzi sürən qadınlar ərə getdikdən sonra bir çox zərərli adətdən əl çəkir, həmçinin ciddiləşiblər. 2 il ərzində bu cütlüklərin birgə həyat tərzi müşahidə edilib. Sonda onların 24%-i boşanıb. 1 il sonra tənha qalan qadınlar yenidən müayinədən keçib. Onların sağlamlıqları əvvəlki nəticələrlə müqayisədə xeyli pisləşib. Psixoloji fon pozulub, immunitet isə aşağı düşüb. Ekspertin sözərinə görə, nigah qadınların vəziyyətini sabitləşdirə bilir.




Facebook-da paylaş