“Judo Club 2012” respublika birinciliyinin birincisi oldu



Bu il fevralın 22-dən 23-dək Bakıda "Sərhədçi" Olimpiya İdman Mərkəzində cüdo üzrə U-21 gənclər arasında Azərbaycan birinciliyi keçirilib.  

Azərbaycan Cüdo Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgətəşkil etdiyi yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparıb. Paytaxtın “Judo Club 2012” idman klubunun yetirmələri respublika birinciliyində böyük nailiyyət əldə ediblər. Gənc cüdoçuların qazandığı 6 medal kluba yarışı ümumi hesabda birinci yerdə başa çatdırmağa imkan verib.

Gənc idmançıların nəticələri aşağıdakı kimi olub:
Murad Fətiyev(81 kq, məşqçi Tərlan Həsənov) –1-ci yer 
Diana Şoranova(63 kq,məşqçiTərlan Həsənov)–1-ci yer 
ElviraƏsgərova (52 kq, məşqçiTərlan Həsənov) –1-ci yer
NərgizHacıyeva (57 kq, məşqçiRamil İsmayılov) – 2-ci yer
NazirTalıbov (55 kq, məşqçiTərlan Həsənov) –3-cü yer
NərminAbdullayeva (78 kq,məşqçilər Qeybulla Əliyev, Hafiz Hacıyev) – 3-cü yer

Cüdoçulara qarşıdakı yarışlarda da uğurlu nəticələr göstərmək əzmindədirlər.



Facebook-da paylaş