Azərbaycanın cüdo yığması Avropa çempionu oldu



Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib.

AzFakt.info Azərbaycan Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, milli komandamız mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Gənc cüdoçularımız Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarını məğlub ediblər. Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub. 

Cüdoçularımızın şərəfinə Sloveniyada Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.




Facebook-da paylaş