Gücünə görə Azərbaycan ordusu dünyada 58-ci, Ermənistan ordusu isə 93-cüdür



“Global Firepower” beynəlxalq şirkəti dünyanın ən yaxşı ordularının yenilənmiş reytinqini tərtib edib. AzFakt.info xəbər verir ki, Azərbaycan ordusu ötən dəfəki reytinqlə müqayisədə irəliləyərək 58-ci pilləyə yüksəlib.

Reytinqə ABŞ ordusu başçılıq edir. İkinci yerdə isə Rusiya ordusudur.

İlk “onluğ”a Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir orduları daxil olub.
Ermənistan ordusu siyahıda vur-tut 93-cü yeri tuta bilib. Gürcüstan ordusu isə 82-cidir.




Facebook-da paylaş