“İndiki test sistemi imkan vermir ki...” - Fazil Mustafa

 

Test sisteminin ləğv edilməsi mürəkkəb məsələdir. Bunun xeyiri və zərəri haqqında ciddi müzakirələr aparmağa ehtiyac var.

Bu sözləri Teleqraf.com-a BQP sədri, deputat Fazil Mustafa Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin test üsulunun ləğv ediləcəyi haqda son açıqlamasını şərh edərkən deyib.

Deputat bildirib ki, test üsulunun ləğvi məsələsində müəyyən problemlərin olması gözləniləndir: “Ancaq bütövlükdə yeni forma bəlkə daha mütərəqqi ola bilər. Fikrimcə, bunu gözləmək lazımdır. Şəxsən mən bu məsələdə gözləməyin tərəfdarıyam. Bu başdan yarğılı davranmağı doğru saymıram”.

“Test sisteminin ləğvinə ehtiyac varmı” sualına cavabında Fazil Mustafa deyib ki, bu mümkündür: “İndiki test sistemi biliyin nümayiş etdirilməsinə imkan vermir”.



Facebook-da paylaş