İş axtaran müəllimlərin nəzərinə!


    



Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 1-14 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək.


AzFakt.info-nun məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

Nazirlik rəsmisi deyib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

E.Bağırov qeyd edib ki, əvvəlki il yüksək nəticəsi olan müəllimlər də müsabiqə mərhələsinə qoşula biləcəklər. "Bu il seçim imkanları artdığına görə onlar uyğun iş imkanı əldə edəcəklər. Əlbəttə, bu il onların seçdikləri vakansiyalar üzrə daha çox bal toplayan müəllimlər olsa, seçimdə ən yüksək nəticə göstərən müəllimə üstünlük veriləcək".



Facebook-da paylaş