Əsas Səhifə > Siyasət > “Azərbaycan əhalisi müharibəyə hazırlaşır...”

“Azərbaycan əhalisi müharibəyə hazırlaşır...”


20-01-2020, 23:07

Yoxsa kimlərsə bizi torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmənlə barışığa hazırlayır?..



“Azərbaycan yenidən silahlanma və ermənilərə nifrət siyasətinin güclənməsi nöqteyi-nəzərindən sülhə getdikcə daha az hazırlaşır...” 

Moderator.az xəbər verir ki, Rusiyada nəşr olunan erməni saytlarının verdiyi məlumata görə, bunu yanvarın 18-də Ermənistan parlamentində jurnalistlərə verdiyi müsahibədə “Qarabağın ombudsmanı” hesab olunan Artak Belaryan ad-soyadlı məxluq söyləyib. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanda əhalinin əslində müharibəyə hazırlaşdığına dəlalət edir.

“Əlbəttə, bu, müharibənin birmənalı olacağı anlamına gəlmir. Bu, ermənilərin gücündən asılıdır. Ancaq Azərbaycan, təəssüf ki, açıq şəkildə sülh yolu ilə getmək istəmir. Bu, o deməkdir ki, münaqişə uzun müddət davam edəcək. Ümid edirəm ki, bir gün Azərbaycan cəmiyyəti dialoqun və qonşuluğun onların maraqlarına uyğun olduğunu  başa düşəcək”-separatçı-terrorçu rejim  mənsubu belə deyib.



Geri qayıt