Notice: Undefined index: password in /home/u334651im8/domains/azfakt.info/public_html/engine/print.php on line 17

Warning: uasort() expects parameter 1 to be array, null given in /home/u334651im8/domains/azfakt.info/public_html/engine/print.php on line 17
Çap versiya > "İranın Ermənistana dəstəyi ABŞ-ın gözünə girmək üçündür..."
Əsas Səhifə > Siyasət > "İranın Ermənistana dəstəyi ABŞ-ın gözünə girmək üçündür..."

"İranın Ermənistana dəstəyi ABŞ-ın gözünə girmək üçündür..."


15-05-2019, 09:42

Fazil Mustafa: “Baş verəcək proseslərin bizə də böyük zərəri dəyə bilər”



Son vaxtlar ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi ilə bağlı səslənən informasiyaların sayı artmaqdadır.
ABŞ-ın İrana belə bir müdaxiləsi bu ölkənin Ermənistana dəstəyinin azalmasına səbəb ola bilərmi? Əgər belərdirsə, o zaman İrana yönəlik basqıları dolayısı ilə həm də Ermənistaan yönəlik təzyiq kimi dəyərləndirmək mümkündürmü?


Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa məsələyə fərqli aspektdən yanaşdığını qeyd etdi:
“Bunu Ermənistana yönəlik basqı kimi xarakterizə etmək olmaz. İranın Ermənistana dəstəyi ABŞ-ın gözünə girmək üçündür. Bütün bunlar ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa hesablanıb. Bu, ABŞ-ın İranla bağlı siyasətinin aqressivləşməməsi üçündür. Lakin son durum onu göstərir ki, baş verən proseslərin yalnız Ermənistana deyil, bizə də böyük zərəri dəyə bilər. İranda yaşanacaq qarışıqlıq və köç dalğasının təsiri özünü bütün regionda hiss etdirəcək. Ona görə də bu məsələni yalnız Ermənistanla əlaqələndirmək doğru olmaz. Bu, baş verərsə, Azərbaycana da öz təsirini göstərəcək”.



Geri qayıt