“Düşünürəm ki, Rusiya Qarabağa həmişəlik gəlib...”

“Düşünürəm ki, Rusiya Qarabağa həmişəlik gəlib...”

Güman ki, Azərbaycanın müvafiq qurumları bu ermənipərəst deputatın tutarlı  cavabını  verəcək...
 
“Rusiya rəsmi olaraq Dağlıq Qarabağa 5 il müddətinə gəlib.  Amma mən  əslində həmişəlik gəldiyini düşünürəm..”.

Moderator.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə,  bunu martın 3-də video-körpü zamanı Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsinin üzvü, ermənipərəst deputat Konstantin Zatulin bildirib.  Duma üzvü hazırda Qarabağda 2 min rus sülhməramlısının olduğunu  da xatırladıb.
 
“İnanıram ki, bəlkə də bir müddət sonra vəziyyət indiyə kimi inkişaf etdiyi təqdirdə Sünikdəki Rusiya hərbi qrupunun gücləndirilməsindən danışmalıyıq. Mənə elə gəlir ki,  bunu ermənilərin Ermənistandan qaçmaması üçün vəziyyət tələb edir. Biz düşünürük ki, ermənilərin tarixi torpaqlarında yaşamaq üçün qalması vacibdir” – deyə Ermənistan-Rusiya “Lazarev” klubunun yaradıcısı olan türkofob rus deputat  vurğulayıb.


Facebook-da paylaş