KQB-nin xüsusi kursuna apardılar və orda..." - ŞOK İDDİA




"Böyük Ermənistan" xəstəliyinə mübtəla olanlar tarix boyu təkcə dünyanı deyil, hətta erməni xalqını da öz çirkin yalanları ilə aldaradaraq onları təhlükəli ideoloji tullantı ilə yedizdirməyə nail olublar.

Nikol Paşinyanın 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətini həzm etməyən faşist Njdenin törəmələri öz çirkin niyyətlərini həyata keçirmək üçün yeni fürsət və platforma əldə ediblər. Onlar yaranmış situasiyadan sui-istifadə edərək Azərbaycana və Türkiyəyə qarşı nifrət qusmağa başlayıblar. 

Elə ermənilərin mənfur xislətini hamıdan çox bilən, bir zamanlar Ermənistanda yüksək postlar tutduğundan bu millətin iç üzünü dəfələrlə yoxlamış, erməni dilini mükəmməl bildiyindən bu gün də həmin ölkədə baş verənləri diqqətlə izləyən qocaman YAP-çı, sabiq icra başçısı və millət vəkili Maksim Musayev də deyir ki, hələ sovetlər dönmində o, Azərbaycan Komsomoluna rəhbərlik etdiyi dönəmlərdə Xankəndidə ermənilərin bir fırıldağının üstünü açmağa müvəffəq olub. Sən demə, o zaman Stepanakertdə iki dildə - erməni və rus dilində nəşr olunan "Sovet Qarabağı" qəzetlərinin materialları fərqli çıxırmış. Yəni qəzetin erməni dilindəki versiyasının rus dilindəki versiyasından tamamilə fərqli çıxdığı bəlli olub:
"Son zamanlar İrəvanda Baqramyan prospektində, Ermənistan parlamentinin qarşısında müxalifətin keçirdiyi mitinqlərdə Azərbaycana və Türkiyəyə qarşı nifrət dolu şüarlar səslənir. Məsələn, əvvəlcə şüarlar belə idisə, “Arans Nikol Hayastan”, yəni “Nikolsuz Ermənistan”. Sonra isə “Arans turki Hayastan” şüarı səslənməyə başladı, yəni “türksüz Hayastan”. Bu o deməkdir ki, azərbaycanlıların Ermənistana qayıdışı qeyri-mümkün olmalıdır. Son günlər ordunun generalları tərəfindən Paşinyanın istefası tələb olunandan sonra başqa bir şüar səslənməyə başlayıb. Həmin şüar “Azık banak, ahdanak”, yəni “millət, ordu, qələbə”. Bu o məna daşıyır ki, erməni milləti guya məğlub olmayıb, ordusuna arxalanır və gələcəkdə qələbə çalacaq. Bundan başqa Dağlıq Qarabağın sonrakı müqəddəratının həlli üçün, yəni onu daha da parlatmaq, dünyada tanıtmaq və arxa durmaq üçün müxtəlif qıcıqlandırıcı fikirlər söylənilir. Onun müdafiəsi və ora ermənilərin intensiv gediş-gəlişini təşkil etmək üçün müəyyən təkliflər də verilir. Bu təkliflər hədsiz dərəcədə müxtəlif və bəzən də bir-birinə zidd olan təkliflərdir. Ən xoşagəlməz təkliflərdən biri odur ki, Artsaxın baş keşişi bu gün, yəni martın 3-də çıxış edərək dedi ki, “məsləhətləşərək belə bir qərar çıxarmışıq ki, hər bazar günü bizim dinsevərlər, dinə xidmət göstərənlər, istər Ermənistanda yaşayan, istərsə də xaricdə yaşayan ermənilər olsun fərq etməz, onlar Xankəndinə gəlsinlər və orda üç kilsə var ki, onlardan da biri Dadivankdır. Biz orda çalışacağıq ki, həftədə bir dəfə duamızı təşkil edək”. Bu o demək deyil ki, onlar dini bu və ya başqa yolla sevib ona xidmət göstərirlər, yox. Bu o deməkdir ki, balaca bir ərazini əldə saxlayıb, bir neçə dini obyektləri işə salmaqla orda yeni müharibə hüceyrəsi cücərtiləri yaratsınlar. Onsuz da bu mitinqlərdə və müxalifətin parlamentdə olan deputatları tərəfindən müharibə çağırışlar çox edilir. Onlar buna əsaslanırlar ki, Paşinyan İlham Əliyev qarşısında diz çökdü, erməniləri alçaltdı, onları təslim etdi və bizim gələcək nəsil üçün nəinki xoşagəlməz, hətta ömürlük, yaddançıxmaz bir məğlubiyyət vəziyyəti yaratdı. İndi müxalifətin keçirdiyi mitinqlərdə hiss olunur ki, onlar Paşinyanı bəhanə edib əhalini, yəni onların ətrafına toplaşanların beyinlərini yeni müharibə ilə zəhərləmək istəyirlər. Həmin zəhər erməni xalqına əlbəttə ki, baha-başa gələ bilər. Erməni xalqı içərisində bu vəziyyəti düz başa düşənlər var, lakin danışmaq və öz sözünü demək istəyindən məhrumdurlar. Çünki bunu Daşnaksütun partiyası, Eçmiədzin kilsəsinin din xadimləri, Robert Köçəryan və Serj Sarkisyan kimi Azərbaycanda yaramaz komsomolçuların ətrafına toplaşanlar belə təklif ediblər.

Onu da deməliyəm ki, Robertlə Serjik Azərbaycanda erməni komsomolları içərisində ən qabiliyyətsiz, ən yararsız, ən yaramaz, heç nəyə lazım olamayan komsomol işçiləriydilər. Hər ikisini Daşnaksütun partiyası hələ Qarabağdaykən ələ aldı və onları yeni Dağlıq Qarabağ müharibəsi üçün hazırladı. Onun üçün də hər ikisini 1980-ci ildə Kiyevdə SSR-i KKB-nin xüsusi kursuna apardılar və orda 3-4 ay müddətində dərs keçdilər. Həmin məktəbdə baxmayaraq ki, hər bir dinləyiciyə ayrı bir otaq ayrılmışdı və belə bir qayda var idi. Amma bu ikisinə yalnız bir otaq verirdilər ki, onlar dərsə gedib qayıdandan sonra planlarını öz otaqlarında bir qursunlar. 1980-ci ildən sonra onlar artıq Daşnaksütun partiyasının dediyi ilə oturub-durdular, erməni xalqına qarşı ağır cinayətlər törətməyə başladılar. Erməni xalqı içərisində ən talantlı adamları sıradan çıxarıb, özləri hakimiyyətdə qala bildilər. İndi isə yenidən hakimiyyəti bu və ya başqa yolla ələ alıb istədiklərinə nail olmaq istəyirlər. Baxmayaraq ki, ermənilər məğlub olublar, bütün çıxışlarında, istər mitinqlərində, istər televiziyalarında, istərsə də parlament iclaslarında onlar ümumiyyətlə, yalanlarla öz millətinə qarşı doludur. Hər gün Ermənistanın rəsmi televiziya kanallarında, müxalifət kanallarında baxdığım verilişlərdə və internet televiziyalarında açıq görünür ki, erməni dilində verilən verilişlər nə qədər faşizmə xidmət göstərən əqidəyə və ideologiyaya malikdir. Ancaq onlar erməni dilindən başqa dilə tərcümə olunarkən bir az rəndələnmiş və ütülənmiş formada deyilir. Çünki onlar bunu öz dillərində olduğu kimi versələr, erməni faşizminin bütün elementləri üzə çıxa bilər.

Deyim ki, erməni saxtakarlığı sovet dövründə daha güclü idi. O dövrdə Heydər Əliyevin tapşırığı ilə 1970-ci ildən erməni dili bilən kadrlardan Dağlıq Qarabağa müəyyən vəzifələrə ya kadrlar göndərilirdi, ya da kuratorlar təyin edilirdi. Mən də o vaxt da 12 il həm komsomolda, həm də Mərkəzi Komitədə Dağlıq Qarabağ üzrə təlimatçı təyin edilmişdim. Ona görə ki, mən hər üç dili mükəmməl bilirdim və erməni dilində də həm oxuyub-yazmağı, həm çıxış etməyi bilirdim, ona görə də tez-tez Dağlıq Qarabağa ezamiyyətə göndərilirdim. Bilirdik ki, bu tapşırığı birbaşa Heydər Əliyev bizə verməsə də belə dərin məsələlər məhz onun dəst-xəttidir. Şəxsən mənə tapşırıq verilmişdi ki, orada qəzetlər nədən yazırlar. O vaxt Stepanakertdə "Sovetakan Qarabağ" və "Sovetrskiy Karabax" qəzetləri nəşr olunurdu. O qəzet erməni dilində çıxdığı üçün guya rus dilində çıxan həmin qəzet də onun yüzdəyüz kopyası olmalı idi. Amma mən məqalələri tutuşduranda baxırdım ki, milli məsələlərlə bağlı məqalələrdə kəskin fərqlər var. Erməni versiyasındakı aqressiv formada olan məqalələr rus variantında xeyli yumşaldılmış şəkildə verilir. Mən hər bir məqalə üzrə ayrıca arayış tərtib edərək Mərkəzi Komitəyə təqdim edirdim. İkinci bir tapşırıq da ondan ibarət idi ki, Stepanakert Dram Teatrının repertuarını öyrənməliydim və hər yeni tamaşa qoyularkən orada oturub sonadək baxmalıydım və tamaşanın məzmunu, artistlərin milli məsələlər barədə davranışları barədə də ayrıca arayış təqdim etməliydim. Bildirim ki, dram teatrının tamaşalarında da Azərbaycana qarşı açıq və gizli şəkildə təbliğat aparıldığının şahidi olurdum. Mənə  respublika komsomolun birinci katibinin vasitsilə bir tapşırıq da verilmişdi ki, Stepanakert Vilayət muzeyində eksponatlarının təqdimatının hər üç dildə necə yazıldığını təhlil etməliydim. Mən baxanda görürdüm ki, tutaq ki, bir eksponat erməni dilində başqa cür verilib, rus və azərbaycan dilində başqa cür. Məsələn, mən orda bir xəritəyə rast gəldim, Böyük Ermənistanın xəritəsi idi. Mən xeyli həmin xəritənin qarşısında dayanıb baxdım, bu onların diqqətini cəlb etdi və mən 2 gün sonra təkrar həmin muzeyə gedəndə baxdım ki həmin xəritəni ordan yığışdırıblar. Təbii ki, bu barədə də Bakıya arayış yazdım verdim. Amma yuxarıda bu arayışlar əsasında hansı qərarlar qəbul edildiyi barədə bizə məlumat verilmirdi. Məsələn, Stepanakert Pedaqoji İnstitutu var idi üç dildə. Mənə tapşırıq verilirdi ki, erməni dilindəki fakultələrin tədris proqramı ilə tanış ol və imkan daxilində mühazirələrdə oturub dinlə. Erməni dili fakultəsində dolaşıq məsələlər olduqca çox idi. Bundan başqa İrəvan Dövlət Universitetində Daşnaksütun partiyasının yuvası olduğunu bilirdik və həmin universitetlərdən Stepanakertə gəlib mühazirə oxuyurdular. Təbii ki, bütün mühazirələrdə iştirak etmək mümkünsüz idi, amma onlar qayıdıb İrəvana gedəndən sonra onların hansı millətçilik toxumu səpdiklərini öyrənməyə çalışırdıq. Çətinliklə olsa bunları öyrənib yuxarıya ötürürdük. Bilirsiniz, erməni dilinin və əlifbasının fərqli olması onlara çox kömək edirdi və bu yolla da siyastələrini gizli yürüdürdülər". 


Facebook-da paylaş