Ara Sağatelyan, Karen Bekaryan və Mher Avakyan nəzarətə alındı...

Ara Saqatelyan, Karen Bekaryan və Mher Avakyan nəzarətə alındı...

Milli Təhlükəsizlik Xidməti Ermənistan Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr və informasiya mərkəzinin keçmiş direktoru, Milli Məclisin keçmiş aparat rəhbəri Ara Sağatelyanı, "Karyak Media"-nın həmtəsisçisi, Ermənistan Respublikaçılar Partiyasından Milli Məclisin keçmiş deputatı Karen Bekaryanı və "Parlamentarizmin İnkişafı Beynəlxalq Mərkəzi" ictimai təşkilatını ofis meneceri Mher Avakyanı saxlayıb. 

Onlar Ermənistan Respublikasının Cinayət Məcəlləsinin üç maddəsi ilə - 226-cı (Mütəşəkkil bir qrup tərəfindən milli, irqi və ya dini nifrətin yaranması), 226 -ci maddənin 2-ci bəndinə (Mütəşəkkil bir qrup tərəfindən zor tətbiq edilməsinə açıq çağırışlar, zorakılığın təbliği) və 307-ci maddənin 4-cü bəndinə (qanuni hərbi vəziyyət rejimi dövründə məlumatların yayımlanması və ya yayılması qaydalarının pozulması) əsasən saxlanılıblar. 

Ara Saqatelyan və Karen Bekaryanın vəkilləri bildiriblər ki, müdafiə etdikləri şəxslər bunu hakimiyyətin təqibi hesab edirlər.

Ara Saqatelyan və Mher Avakyanın vəkilləri "Qaqik Soqomonyan" adı altında saxta Facebook səhifəsindəki cinayət işi çərçivəsində nəzarətə alındıqlarını və MTX-nın onların "Qaqik Soqomonyan" olduqlarından şübhələndiyini qeyd ediblər.

Ara Saqatelyan və Mher Avakyan bu şübhələri qəbul etmirlər.


Facebook-da paylaş