Naxçıvan yolundan sonra Zəngəzur, və... - Türk mütəxəssisdən SENSASİON AÇIQLAMALAR



Rəsmi Bakı Naxçıvan-Azərbaycan quru nəqliyyat yolunu açmaqda qətiyyətlidir.

Bunu türk araşdırmaçı jurnalist Mehmet Poyraz bildirib.

Jurnalist Ermənistanın 1992-ci ildə Şuşanı işğal etdiyini, Azərbaycanın bu tarix və mədəniyyət şəhərini işğaldan azad etməsi ilə 30 illik Qarabağ müharibəsini başladığı yerdə sona çatdırdığını xatırladıb.

O, Ermənistanın təslim olmasının ardınca Rusiya prezidenti Vladimir Putinin “Qarabağ Azərbaycan ərazisidir” sözlərinin iki istiqamətdə şərh oluna biləcəyini çatdırıb: “Moskva bu açıqlama ilə Azərbaycanın bölgədəki oyunçulardan biri olduğunu qəbul etdi. Amma bir tərəfdən də Qarabağda söz sahibinin hələ də özü olduğunu göstərməyə cəhd edir”.

M.Poyraz qeyd edib ki, Azərbaycan Qarabağ məsələsinə beynəlxalq hüquq çərçivəsində yanaşıb və diplomatiya yürüdüb: “Amma sadəcə diplomatiya ilə kifayətlənmədi. Xüsusilə, son illərdə müsbət nəticələr verən diaspor fəaliyyətləri də diqqət çəkir. Qarabağda haqlılığını beynəlxalq diplomatiya ilə dünyaya çatdırarkən diaspor da məsələnin anlaşılmasına yardımçı oldu”.

O, Azərbaycanın oyunu qurması və hərəkətləri ilə Rusiyanın qarşısında dimdik dayandığını, 100 il əvvəlki çarəsiz şəkildə Moskvaya təslim edilən və 30 il əvvəlki silahsız Azərbaycanın artıq mövcud olmadığını bildirib: “Azərbaycan bugünkü gücünü əldə etmək üçün 30 il boyunca böyük fədakarlıqlar etdi. 70 il boyuunca Rusiya faşizmi altında əzilən bir millət 30 ildə qiyama qalxa bilirsə, bu, böyük uğurdur. Azərbaycan artıq regionda balansı dəyişdi. Buna görə də Naxçıvan-Azərbaycan dəhlizi mütləq şəkildə qurulacaq. Bu dəhlizin qurulmamasının nəticələrinin nə olacağını, xüsusilə, Moskva yaxşı bilir. Heç bir ölkə yanında bir yanğın istəməz və bunun qarşısını almaq üçün addımlar atar. Rusiya bu addımları atarkən maraqlarını da nəzərə alacaq. Bakı riyazi də olsa, Naxçıvanla dəhlizin qurulması arzusundadır. Bunu həyata keçirərkən Bakını kimsənin dayandıra bilməyəcəyini Rusiya başda olmaqla, bütün dünya bilir”.

Araşdırmaçı jurnalist vurğulayıb ki, Naxçıvan-Azərbaycan dəhlizi Rusiyanı çox da yaxından maraqlandırmır. Bu yolla sıxılan əsas ölkə İrandır: “Türkiyə-Azərbaycan quru əlaqəsi İran vasitəsilə təmin olunurdu. İranın bu keçiddən qazancı olsa da, təhlükəsizlik hər zaman onun “keyfinə” bağlı olurdu. İran bu yoldan Türkiyə və Azərbaycana qarşı strategiya olaraq istifadə edirdi. Tehranın ən böyük qorxusu torpaqlarında yaşayan azərbaycanlılardır. İran əhalisinin yarıdan çoxunu əhatə edən cənubi azərbaycanlıların şimaldakı qardaşlarının güclənməsi ilə necə mövqe sərgiləyəcəyini zaman göstərəcək”.

M.Poyrazın fikrincə, strateji həmlələr Zəngəzurun yenidən Azərbaycan torpaqlarına birləşdirilməsi mümkün ola bilər. (publika.az)


Facebook-da paylaş