Gülər Əhmədova Müasir Müsavat Partiyasını seçdi



Ordumuzun möhtəşəm qələbəsi və Ali Baş Komandanın xalqı az qala hər həftə maraqlı xəbərlərlə ruhlandırmasından sonra cəmiyyətdə hədsiz nikbin ovqat hökm sürür. 

Təbii ki, 44 günlük müharibə dövründə bütün ölkə Vətən savaşına köklənmişdi və ölkənin bütün siyasi təşkilatları da ordumuza, onun sərkərdəsinə birmənalı dəstək ifadə edirdilər. Bu baxımdan son 2 ayda ölkənin siyasi səhnəsində bir durğunluq hökm sürürüdü. 

Amma bu sakitliyi Müasir Müsavat Partiyası pozdu. Belə ki, Moderator.az-ın əldə etdiyi məlumata görə sabiq millət vəkili Gülər Əhmədova bu günlərdə adıçəkilən partiyaya üzvlüyə qəbul olunub və tezliklə təşkilatın keçirilməsi nəzərdə tutulan qurultayda partiya sədrinin müavini postuna gətiriləcək. Onun beynəlxalq münasibətlər və Türk Cümhuriyyətləri ilə iş üzrə məsələləri kurasiya edəcəyi bildirilir.

Yayılan xəbəri dəqiqləşdirmək üçün Moderator.az-ın əməkdaşı Gülər Əhmədova və Hafiz Hacıyevlə ayrı-ayrılıqda əlaqə saxlayıb və hər ikisi də xəbəri təsdiqləyiblər. Nə deyirik. Bizə də bu ittifaqa xeyir-dua arzulamaq qalır. 



Facebook-da paylaş