“Ermənistanın üst-üstə 30 minə yaxın hərbçi itirib, Paşinyan xalqı aldadır...”



“Paşinyan itkiləri gizlətməklə erməni xalqını birmənalı şəkildə aldadır. Xalqın daha kəskin şəkildə etirazlarından, ona yönəlmiş olan nifrətin və kəskin münasibətin artmasından ehtiyatlanır”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. 



Deputat Paşinyan Qarabağda həlak olan erməni hərbçilərinin sayını gizlətdiyini bildirib:

“Paşinyan itkiləri gizlətməklə erməni xalqını birmənalı şəkildə aldadır. Xalqın daha kəskin şəkildə etirazlarından, ona yönəlmiş olan nifrətin və kəskin münasibətin artmasından ehtiyatlanır. Onsuz da Paşinyan dayaqlarını kifayət qədər itirib. Ermənistanda bu gün hakimiyyət böhranıdır, istefalar dalbadal gedir. Eyni zamanda, bu istefalar Paşinyanın rəhbərlik etmiş olduğu partiyanı da əhatə etməkdədir. Ermənistanda vəziyyət kifayət qədər kritikdir və bu durumun nə vaxt düzələcəyini proqnozlaşdırmaq çətindir. İndi söhbətlər gedir ki, Ermənistanın prezidenti səviyyəsində növbədənkənar parlament seçkiləri keçirilməlidir ki, bu böhrandan çıxa bilsinlər. Ona görə də belə bir durumda Paşinyan və eyni zamanda, Müdafiə Nazirliyi və digər qurumlar Qarabağdakı itkilərini gizlədirlər. Məlumatlara görə təxminən Ermənistanın 12-13 min itkisi və bundan da çox yaralısı var. Faktiki olaraq Ermənistanın üst-üstə 30 minə yaxın ölən və yaralanan hərbçisi var. Təbii ki, Paşinyan itkilərin dəqiq sayının ortaya çıxmasından çox narahatdır. Verilən məlumatlara görə, erməni hərbçilərinin meyitləri döyüş meydanlarında qalıb və hələ də onlara yiyə durub aparmaq istəmirlər. Eyni zamanda, bildirilir ki, Xankəndi ətrafında “Kamaz” markalı maşınların arxasında qurulan böyük soyuducularda erməni meyitləri saxlanılır. Ermənistanda reallıq budur. Həqiqət ondan ibarətdir ki, Ermənistan çox ciddi, ağır, sarsıdıcı və ölümcül zərbələr aldı, həm insan resursları, həm də hərbi texnika baxımından onun müdafiə sistemi çökdü. Ona görə də vəziyyət Ermənistanda olduqca ciddidir”. 


Facebook-da paylaş