Çavuşoğludan Əliyevin yunan səfirə söylədiklərinə - Reaksiya






Çox təşəkkürlər, cənab Prezident. Can Azərbaycanın dəstəyindən heç şübhə etmədik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında Prezident İlham Əliyevin yunan səfirlə görüşdə açıq şəkildə Türkiyəni dəstəkləməsini bəyan etməsinə münasibət bildirərkən deyib.

"Türkiyə də tərəddüdsüz hər zaman Azərbaycanın yanında olacaq. Tək millət, iki dövlət!", - nazir söyləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdəki səfirini qəbul edərkən, bir çox məsələləri açıq müzakirə edib, eyni zamanda Şərqi Aralıq dənizindəki gərginlikdə Bakının Türkiyəni müdafiə etməsini açıq şəkildə bildirib.


Facebook-da paylaş