Livan ermənilərinin Qarabağa köçürülməsi... – Pol Qobl






Hər hansı bir əhalinin işğal olunmuş ərazilərə və ərazilərdən köçürülməsi beynəlxalq hüquq normalarının sərt şəkildə pozulması deməkdir.

Bu sözləri Axar.az-a ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisinə köçürülməsi ilə bağlı mövzunun Ermənistanda yenidən aktuallaşması və Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası haqda danışarkən deyib.
Ekspert Ermənistanın bu əməllərinin beynəlxalq humanitar hüquq pozutusu olması və beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupunun olaya kəskin reaksiya verməməsi haqda da danışıb:

“Beynəlxalq ictimaiyyət İrəvanın bu mövzuda hərəkətlərinə göz yumursa, demək, bu humanitar hüquq pozuntusunda iştirak edir”.


Facebook-da paylaş