Rusiyadan Azərbaycan-Türkiyə təlimləri ilə bağlı - Açıqlama






Mövcud məlumatlara əsasən, Azərbaycan və Türkiyə arasında hərbi müqaviləyə əsasən, 29 iyul-10 avqust tarixlərində Azərbaycan torpaqlarında hərbi təlim keçirilir. Azərbaycan-Ermənistan sərhədində qısa müddət əvvəl başlayan qarşıdurma səbəbindən regiondakı vəziyyəti diqqətlə izləyirik və Azərbaycan-Türkiyə təlimləri də daxil olmaqla, bütün tərəfləri gərginlikdən çəkinməyə səsləyirik.

AzFakt.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin yardımçısı Aleksey Zaytsev deyib.

O bildirib ki, Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması narahatlıq yaradır və Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapmalıdır.


Facebook-da paylaş